Azərbaycan startapı beynəlxalq arenalarda
9 baxış
Texnologiya xəbərləri
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin məzun rezidenti olan “Nextsale” startapı ABŞ-ın tanınmış vençur şirkəti tərəfindən satın alınıb.
“Nextsale”in əsası 2018-də qoyulub və 2020-ci ildə ilin startapı seçilib. Bu gün təqdimatı keçirilən “Nextsale” həmçinin Türkiyədə fəaliyyət göstərən "ITU Magnet" Akselerasiya Proqramının məzunudur. “Nextsale” startapının həmtəsisçisi Orxan Hacıyev ideyanın əsasən elektron ticarət saytları üçün dizayn həlləri, satışlar və sayta olan sosial güvəni artırmaq, SMS, telefon nömrələrini yığmaqdan ibarət olduğu bildirdi. Şirkət ilk vaxtlar saytda öncəki istifadəçilərin yeni ziyarətçilərə nə etdiklərini göstərən tətbiq kimi başlasa da, sonralar funksiyalarını inkişaf etdirərək tam və bütöv konversiya platformasına çevrilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirdi ki, startap ekosisteminin inkişaf etdirilməsi və inkubasiya mərkəzlərinin yaradılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi hazırda vacib amildir.
Baykar şirkətinin texniki direktoru və “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycanda texnologiya sahəsində bir çox yeni əməkdaşlıqlar quracağını bildirdi.
Qeyd edək ki, “Nextsale” startapının bütün hissələri Boston mərkəzli “Silversmith Capital Partners” şirkəti tərəfindən satın alınıb.
REAL TV

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.