Sosial şəbəkələrin nəzarətsizliyi

  • 29.04.2021
  • 0

Ötən gün sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. Onun döyülməsinə səbəb kimi bir müddət əvvəl şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir.

Bu da sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb.

Daxili İşlər Nazirliyi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Qeyd olunub ki, videogörüntülərdən xəbərdardırlar və insidentdə iştirak edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Əslində bu mövzu bir məsələni diqqət önünə çəkir - sosial şəbəkələrə nəzarət.

Millət vəkili Cavid Osmanov deyib ki, sosial şəbəkələrdə nəinki şəhid Xudayar haqqında ümumiyyətlə hər hansısa bir şəxs haqqında təhqiredici status yazmaq yolverilməzdir.

Millət vəkili bildirib ki, bu cür halların baş verməməsi üçün sosial şəbəkələrə ciddi nəzarət olunmalı, qanunvericilikdə islahatlar aparılmalıdır.

Millət vəkili Fəzail Ağamalı da şəhidlərin ünvanına xoşagəlməz ifadələr işlətməyi, onları məzxərəyə çevirməyi yolverilməz hesab edir. Lakin emosionallıq göstərərək Fuad Rəsulzadənin döyülməsi halının hüquqi dövlət anlayışına ziddir:

Ümid edək ki, bu cür məsələlərdən sonra sosial şəbəkə istifadəçiləri etdiyi hər bir paylaşımın yükünü anlayacaq, sosial şəbəkələrə nəzarət mexanizmi yaradılacaq. Əks təqdirdə belə halların hələ çox şahidi olacağıq.

REAL

Nə düşünürsən?