"İnstagram"da yeni funksiyalar işə salınacaq

  • 18.11.2020
  • 813 baxış
  • 0

"Facebook" şirkətinə məxsus "İnstagram" sosial şəbəkəsi mobil tətbiqetmədə yeni funksiyaların əlavə edildiyini elan edib: "Reels" ("çarxlar") və "Shop" ("mağaza"). Xezerxeber.az-ın məlumatına görə, bu barədə məlumat "Facebook"un saytında yerləşdirilib. Bildirilib ki, Reels funskiyası qısa videoların yaratmağı və baxmağına, "Shop" isə məhsul axtarmaq və onlayn alış-veriş etmək üçün imkan yaradacaq. "Reels" düyməsi "bir növ səhnə, insanların yaradıcılığını bütün dünya ilə bölüşə biləcəyi və özlərini ifadə etmək və tamaşaçı tapma şansı əldə edə biləcəyi bir yer" olmalıdır. "Shop" funksiyası vasitəsi ilə "İnstaqramda alış-veriş etməyə və kiçik müəssisələrə dəstək verməyə" mümkün olur.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?