Azərbaycanda Regional Rəqəmsal Hökumət yaradılır

  • 06.05.2021
  • 0

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regional rəqəmsal hökumət formalaşdırılır.

Pilot layihə olaraq Gəncə şəhəri, Quba və Masallı rayonlarında müvafiq işlərin görülməsinə start verilib. Layihə çərçivəsində vətəndaşlara müvafiq təlimlərin keçirilməsi də nəzərdə tutulub

Regional rəqəmsal hökumət quruculuğunun yekun hədəfi qərar qəbuletmə prosesində çevikliyin artırılması, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çevikliyi və səmərəliliyi təmin etməkdir.

Yeni yaradılan "Rəqəmsal icra hakimiyyəti" portalı vasitəsilə yerli icra hakimiyyəti orqanlarında göstərilən maksimum 39, minimum 25 xidmətin tam təhlili, sadələşdirilməsi və asanlaşdırılması işlərinə başlanılıb.

Qeyd edək ki, portalın ilin sonunadək vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur.

REAL

Nə düşünürsən?