Xocasəndə ağacəkmə aksiyası keçirilib

  • 04.04.2021
  • 0

“Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının Xocasən qəsəbəsində keçirilən ağacəkmə aksiyasına Dövlət Gömrük Komitəsi də qoşuldu. Aksiyasda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də iştirak etdi.

Hər üç qurumun könüllülərinin iştirakı ilə 1600-dən artıq müxtəlif cinsli ağac əkildi.

Ümumiyyətlə Azərbaycanda yaşıllıqların salınması istiqamətində mühüm layihələr həyata keçirilir. Çünki dövlət siyasətində ekoloji məsələlərə - yaşıllıqların, meşə massivlərinin salınmasına xüsusi diqqət yetirlir. Bakının yaşıllıqlar şəhərinə çevrilməsi insanların sağıaçlığı, ətraf mühitin mühafizəsi və ərazilərin meşə-parklarla zənginləşdirilməsi baxımından olduğca əhəmiyyətlidir.

Bildirildi ki, ağacların suvarılmasında yaxınlıqdakı gölün suyundan istifadə edilir. Əslində gölün suyu istifadəyə yararsız olsa da, xüsusi olaraq təmizlənib yararlı vəziyyətə gətirilir və sistem vasitəsilə ərazilərə paylanlılır. Ərazidə suvarma ilə bağlı heç bir problem olmadığından Xocaəsən qəsəbəsi, gölün ətrafı gələcəkdə tam yaşıllıq olacaq.

Bu il payız-yaz mövsümündə yaşıllıqların salınması davam etdiriləcək, ilin sonuna qədər üçuçilikdə 1 milyona yaxın ağacın əkilməsi hədəflənib.

Nə düşünürsən?