Şəhid ailələri və qazilərə dəstək davam edir

  • 16.02.2021
  • 0

Paytaxtdan gələn psixoloqlar 2 gün ərzində onlarla görüşəcək
Qubada şəhid ailələri və qazilər üçün psixoloji dəstək xarakterli aksiyaya start verilib. İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevanın təşəbbüsü ilə baş tutan və iki gün davam edəcək aksiya çərçivəsində psixoloq və psixiatrlar tərəfindən şəhid ailələri və qazilərə psixoloji dəstək işləri aparılacaq. Aksiyanın ilk günündə paytaxdan gələn mütəxəssislər şəhid ailələri və qazilərlə görüşərək onları narahat edən məsələlərlə bağlı söhbət aparıb.

Müharibə dövründə böyük gərginlik və sarsıntı keçirdiklərini deyən şəhid ailələri aksiyanın onlara mənəvi dəstək baxımından müsbət təsir etdiyini bildiriblər.

Qeyd edək ki, şəhid ailəri və qazilərə dəstək məqsədi ilə keçirilən aksiyanın ölkəmizin digər rayonlarında da təşkili nəzərdə tutulub.

Nə düşünürsən?