Regionlarda vaksinasiya davam edir

  • 13.02.2021
  • 0

Ağcabədidə 570 tibb işçisi, 259 nəfər mülki vətəndaş peyvənd olunub
Ağcabədi rayon sakinlərinin də "COVİD-19" epidemiyasına qarşı peyvəndləmə işləri davam edir.

İlkin olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına vaksinlərin gətirilməsi təmin edilib.

Əvvəlcə tibb işçilərinin vaksinasiyasına başlanılıb.

Tibb işçilərinin vaksinasiyası başa çatdırıldıqdan sonra, yaşı 65-dən yuxarı olan rayon sakinlərinin peyvəndləmə prosesinə başlanılıb. Peyvənd üçün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında 2 xüsusi otaq ayrılıbdır.

Burada gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansı problem yarana biləcək şəxslər üçün təcili tibbi yardım otağı da yaradılıbdır.

Zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilmiş həmin otaqlarda gün ərzində rayon sakinlərinin peyvəndləməsi aparılır.

Vaksinlər tələb olunan normalara uyğun şəkildə xüsusi termoçantalarda gətirilərək Rayon Mərkəzi Xəstəxanasında quraşdırılan soyuducularda saxlanılır.

REAL

Nə düşünürsən?