Qarabağ qazisinin əlillik müavinətini dayandırıblar - Şikayət

  • 18.03.2021
  • 0

Ucar  rayonu Lək kənd sakini Qarabağ müharibəsi əlili Əsgərov Mirfəttah Əsgər oğlu tərəfindən MİA.AZ-a şikayət məktubu göndərilib.

Şikayətçi yazır ki, 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə könüllü vuruşub:

"Döyüşlər zamanı Murovdağda bərk don vurma nəticəsində əl barmaqlarım amputasiya edilmiş, dişlərim çıxarılmış ayaqlarım şikəst olmuşdur.Buna görə mənə 3-cü qrup Qarabağ müharibəsi əlili təyin edilib.2020-ci ilin fevral ayı tarixində əlilliyimi qanunsuz olaraq ləğv ediblər. Təkrar  həkim müayinəsindən keirilmişəm və sənədlərim baxılması üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərilib.

Mənə deyilir ki, sənə əlillik dərəcəsi təyin edilməyəcək.Mən bunu dünyada tayı-bərabəri olmayan özbaşınalıq və korrupsiya cinayəti hesab edirəm.Sual edirəm mənim kəsilmiş barmaqlarım və sıradan çıxmış damağım yerinə gələcəkmi ?

Mən mətbuat vasitəsi ilə video müraciət yayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən xahiş edirəm, mənim sənədlərimə baxıb əlilliyimin bərpa edilməsini təmin edəsiniz.

Mən avtoqəzada barmqlarımı itirməmişəm müharibədə xəsarət alıb əlil olmuşam.

Əalqə telefonu; (050) 762-06-53".

Məsələyə ƏƏSMN-in mövqeyini də əlavə etməyə hazırıq.

Nə düşünürsən?