Ən hörmətli marşrut olan “BakuBus”un hörmətsizliyi və digərləri

  • 23.02.2020
  • 0

Ümumiyyətlə paytaxt ərazisində müntəzəm marşrut xəttləri üzrə hərəkət edən avtobusların qayda pozuntularını, hərəkət iştirakçılarına qarşı hörmətsizliklərini və sərnişinlərin həyatını təhlükəyə atmalarını demək olar ki hər gün görmək mümkündür.

Sizlərə təqdim edəcəyimiz görüntülərdə 7A, 60, 40 nömrəli marşrut xəttləri üzrə hərəkət edən avtobus sürücülərinin yollarda qaydalara əməl etməmələrini izləyəcəksiniz.

 

YPX.AZ xəbər verir ki, “BakuBus” MMC-nin tabeçiliyində olan 7A marşrut xətti üzrə hərəkət edən 99 JK 210 dövlət qeydiyyat nişanlı avtobusu idarə edən sürücü zolaqlar üzrə hərəkət etmir, qarşısı boş olduğu halda xarici işıq siqnalından istifadə etməklə sol zolaqda hərəkət edən nəqliyyat vasitəsini sıxaraq qarşısına keçir. Halbu ki, bir qədər irəlidə yenidən sağ zolağa qayıtmalı və dayanacağa yaxınlaşmalıdır.

 

Ümid edirik ki, sürücülük vəsiqəsini alan zaman bütün bu yol verdiyi səhflərin əslində necə olduğu haqqında qaydaları “örənmiş”sürücü “BakuBus” MMC-nin təlim meydançasında işə götürülməzdən öncə sınaqdan keçirilərək işə götürülüb və lazımı təlimatları alıb. Yol verdiyi bu qanun pozuntuları isə yəqin ki, sürücünün öz məsuliyyətsizliyinin nəticəsidir.

 

60 nömrəli marşrut xətti üzrə hərəkət edən 99 LR 148 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü isə yolun ancaq sola olduğu hərəkət zolağında digər nəqliyyat vasitələrinin önünə keçir və düzünə hərəkət edir. Svetoforda dayanmış avtomobillər arasında gah sağ zolağa, gah da onun hərəkət istiqamətinin qadağan edildiyi sol zolağa çıxaraq yerdəyişmələr edən avtobus sürücüsü yolun “ağası” kimi sərgilədiyi davranışlarla digər hərəkət iştirakçılarının yolunu kəsir, qaydaları pozur.

 

Daha sonra isə 40 nömrəli müntəzəm marşrut xatti üzrə hərəkət edən 99 JZ 247 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü hərəkətin ancaq düzünə olduğu zolaqdan svetoforun yaşıl işığı yanmamış yol çıxır və sola dönmə əməliyyatı yerinə yetirir.

Bütün bu qayda pozunutuları kobud və ya adi olmasından asılı olmayaraq yolverilməzdir. İctimai nəqliyyat biznesi ilə məşğul olan sahibkarlar və ictimai nəqliyyata nəzarət edən dövlət agentliyi (BNA) bu kimi halları dəyərləndirməli və lazımı tədbirləri görməlidirlər. Vətəndaşların canının əmanət edildiyi ictimai nəqliyyat vasitələri güclü nəzarət altında olmalıdır.

Nə düşünürsən?