Daha 30 ailə evlə təmin olundu

  • 09.04.2021
  • 0

“Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 30 mənzil verildi
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 30 mənzil təqdim edilib.

Vətən Müharibəsində şəhid olan Yalçın Cavadovun 3 övladı artıq bu geniş və işıqlı otaqda böyüyəcəklər.

Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğuladı ki, 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70%-ə qədər çox, yəni 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.

Qeyd edək ki, yeni mənzillə təmin olunanlar sırasında Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibənin əlilləri, Aprel döyüşləri iştirakçısı, habelə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri var.(REAL)

Nə düşünürsən?