400-dən çox qaziyə əlillik təyinatı baş tutub

  • 23.04.2021
  • 0

Bu günə qədər Vətən müharibəsinin iştirakçısı olan 400-dən çox qaziyə əlillik təyinatı aparılıb. Qazilərə əllilik dərəcəsinin təyin olunması üçün 5 regional komissiya yaradılıb. Hər bir qazi ilə fərdi şəkildə görüş təyin edilir və onlar barəsində akt tərtib olunur.

Bunu REAL-a açıqlamasında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova bildirdi.

Mətanət Məmmədovanın sözlərinə görə, qazilər müalicə aldığı dövrdə həm evlərində ziyarət olunur həm də xəstəxanada və komissiyanın qərarından sonra əllik dərəcəsi təyin edilir.

Qeyd edək ki, Vətən müharibəsi qazilərinə əllik dərəcəsinin verilməsi prosesi davam etdirilir.

Nə düşünürsən?