AZ
Video yüklə

Yol polisi sürücünü döyülməklə təhdid etdi

15 480 baxış Sosial xəbərlər
Son vaxtlar yol polisinin sürücülərə qarşı etdikləri qeyri-etik hərəkətlərə tez-tez rast gəlirik. Bəzi hallarda sürücülərin məlumatsızlıqlarından istifadə edən yol polisləri cərimə protokolları yazır, onları ələ salır, sürücülər hüquq normaları çərçivəsində davrandıqda isə hədə qorxu gəlirlər.

Oxu.Az SƏS TV-yə istinadən xəbər verir ki, belə hadisələrdən biri bu gün paytaxtın Üzeyir Hacıbəyov küçəsi 66 ünvanında baş verib.

Polislə dialoqunu telefonla qeydə almaq istəyən sürücüyə qarşı yol polisi zabitinin işlətdiyi hədə-qorxu və təhqiramiz ifadələr hətta ətrafdakı insanları da şoka salıb.

Oxu.Az həmin görüntüləri təqdim edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.