Vətəndaşın pensiya problemi niyə həll edilmir?

  • 01.12.2021
  • 0

67 yaşlı Əsəd Hümbətov təkcə özü kimi əlillər üçün yox, bütün insanlar üçün nümunə ola biləcək şəxslərdəndir. Dünyaya irsi göz xəstəliyi ilə gələn Əsəd müəllim kiçik yaşlarında zəif də olsa, görə bilsə də, yeniyetməlik dövründə gözlərinin işığını tamamilə itirib. Amma bu hadisə onun yaşamaq eşqini, həyat işığını heç vaxt söndürə bilməyib. Əksinə, həyatdan möhkəm yapışır. Bu məsələdə isə onun köməyinə əmək çatır. 67 illik həyatının 51 ilini işləməyə həsr etmiş Əsəd müəllim ixtisasca tarixçidir. Bakı Dövlət Universitetinin məzunu olan Əsəd müəllim 7 il Laçın rayonunda orta məktəbdə tarix müəllimi kimi çalışıb. Daha sonra isə Bakıda özü kimi görmə məhdudiyyətli şəxslərə dərs keçib. Özü demişkən, təkcə oxuyub yazmaq yox, həyatda qalmağı, öz ayaqları üstündə durmağı öyrədib şagirdlərinə.

İndi isə keçək Əsəd müəllimin probleminə. Təqaüd yaşına çatmış müəllim pensiya növünü dəyişir. 2018-ci ildə yaşa görə pensiyaya çıxan Əsəd müəllim daha iki il də çalışır. Amma bir neçə ay öncə Əsəd müəllimin pensiyasından 2016.69 manat məbləğin geri tutulmalı olduğu məlum olur. Əsəd müəllim isə bu qərarla razılaşmır.

Məsələnin nə yerdə olduğunu öyrənmək üçün biz də öz növbəmizdə ƏMək də Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fondun İctimaiyyətlə Əlaqələr Departamentinin müdirini dinləyək.

Əgər bundan sonra da Əsəd müəllim ona haqsızlıq edildiyini düşünürsə, qurum rəsmisinin dediyi kimi, Əsəd müəllimin məhkəməyə müraciət etmək hüququ var. Ümid edək ki, bu məsələdə heç bir tərəfin hüququ pozulmayacaq.

Nə düşünürsən?