Turistlər avtomobilə zərər yetirdi

  • 06.01.2022
  • 0

Özəl avtomobili ilə xidmət göstərən, xüsusən turistlərlə səfər edən izləyicimiz başına gələn, xoş olmayan hadisənin videogörüntüsünü Patrul.az qaynar xəttinə göndərib. Belə ki, o gedəcəkləri yerə çatandan sonra müşahidə edib ki, turistlər onun avtomobilini sanki zibilxanaya çeviriblər. Məsələ bununla bitsə dərd yarı idi. Yenə həmin tullantıları təmizləmək olar. Lakin turistlər bununla kifayətlənməyib, avtomobilin elektrik naqillərinə, oturacaqlarına da zərər yetiriblər.

Nə düşünürsən?