“TikTok” sosial şəbəkəsində keçirilən yarışda bəzi təşkilatçıların dələduzluq edərək qalib gələnlərin pullarını vermək əvəzinə mənimsədikləri iddia olunur.
Patrul.az xəbər verir ki, izləyiciləri tərəfindən "Barbie"kimi tanınan tiktoker xanımın bu yarışlardan 15 min (15 000) AZN pul mükafatını qazandığı, lakin videoda adı çəkilən İsmayıllı Samir adlı təşkilatçının pulları mənimsədiyi deyilir. Hətta həmin təşkilatçının qalib olan xanımı qazandığı mükafatı tələb etməməsi üçün hədələdiyi də bildirilib.