AZ
Video yüklə

Tərtərdə dağılan evlər bərpa edilir

10 baxış Sosial xəbərlər
Ermənistanın hərbi təcavüzü nəticəsində Tərtər rayonunda dağılan yaşayış evləri və obyektlərin yenidənqurulması işləri davam etdirilir. Müharibə bitdiyi vaxtdan indiyə qədər rayon ərazisində 5600-ə yaxın tikilinin təmir-bərpası, 44 yaşayış evi və 4 qeyri-yaşayış obyektinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib.

Hazırda rayonda 13 yaşayış evi və 1 qeyri-yaşayış obyektinin inşası, 300-dən çox tikilinin təmir-bərpası işləri davam edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilən işlərin tez zamanda yekunlaşdırılması üçün bütün qüvvələr cəlb edilib.

Qeyd edək ki, Tərtər 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin cəbhədən kənar mülki şəhərlərini atəşə tutması nəticəsində ən çox ziyan görmüş rayonlardandır. Burada ümumilikdə 6000-ə yaxın tikiliyə zərər dəyib. Bunlardan 57 yaşayış evi və 5 qeyri-yaşayış obyekti tamamilə dağıdılıb, digərlərinə qismən ziyan dəyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.