Təhsilimizdə yeni standartlar hazırlanır
24 baxış
Sosial xəbərlər
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında İşçi Qrup tərəfindən hazırlanan “Ali təhsil haqqında” yeni qanun layihəsi müzakirə olunub. İclasda bildirilib ki, sözügedən layihə Azərbaycan dövlətinin təhsil sahəsində həyata keçirdiyi islahatların məğzinə tam uyğundur. Qanun layihəsi Azərbaycanda təhsilin rəqabətədavamlılığının artırılmasını nəzərdə tutur.
Azərbaycanda çevik təhsil proqramlarının tətbiq olunması olduqca vacibdir. Təhsil nazirinin müavini İdris İsayev çıxışı zamanı belə deyib. Nazir müavini əlavə edib ki, ali təhsil üzrə qəbul planını artırmaq əvəzinə ilk növbədə təhsilin keyfiyyəti yaxşılaşdırılmalıdır.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev isə qeyd edib ki, yeni çağırışlar təhsil sahəsində qarşıya yeni tələblər qoyur. Bu mənada, əsas məqsəd Azərbaycan təhsilinin dünya və Avropa standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsi olmalıdır.
İclasda həmçinin bildirilib ki, təhsil sahəsində yeni standartlar və tələblər hazırlanır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.