"Şərurlu İsfəndiyar" kimi məşhur tikinti maqnatı İsfəndiyar Axundov paytaxt restoranlarının birində oğlu Tanrıverdi Axundova dəbdəbəli toy məclisi qurub. BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, el şənliyində bir çox tanınmış insanlar, məmurlar və iş adamları iştirak edib. Toyun aparıcılığı isə əməkdar artist məşhur müğənni Abbas Bağırova həvalə edilib. Məclisdə iştirak edən müğənnilər arasında əməkdar artist Mətanət İsgəndərli, Rəhim Rəhimli və Miri Yusif də olub. Nəzərinizə çatdıraq ki, tanınmış iş adamı İsfəndiyar Axundovun Allahverdi və Tanrıverdi adlı əkiz oğulları var."Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı bir müddət öncə oğullarının sürdüyü bahalı maşınlarla da ölkə mediasının gündəminə gəlmişdi.