Ərəstun Tarıyel oğlu süleymanov 1973-cü il yanvar ayının 29-da Cəbrayılın Arazmaşanlı kəndində anadan olub. Erməni qəsbkarları ilə ölüm-dirim savaşına könüllü qatılıb.
Qısa, amma şərafətli döyüş yolu keçib. 1992-ci il iyunun 28-də Surkənd uğrunda döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
Doğma kəndində dəfn olunub.
Subay idi.