Sabahın hava proqnozu açıqlanıb
465 baxış
Sosial xəbərlər
Yanvarın 2-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 4-6°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.