“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyasi keçirilib. Queumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, artıq bir müddətdir ki, “Presight G42” şirkətinin və SOCAR “Azəriqaz” İstehsalat Birliyinin birgə layihəsi olan smart qaz şəbəkəsinin və intellektual infrastrukturun, “smart-ötürücü” qurğuların tətbiqi məqsədilə Sumqayıt şəhərinin “Yaşma bağları” ərazisində pilot layihə həyata keçirilir. O bildirib ki, pilot layihə əsasında sözügedən ərazidə qaz istehlakçılarının mövcud sayğacları yenisi ilə əvəz olunacaq.
Onu da bildirək ki, Layihənin tətbiqi birbaşa abonent məmnunluğunun təmin olunmasına xidmət edir.