Pulu almaq üçün iyulun 5-nə kimi müraciət etməlisiniz
3 265 baxış
Sosial xəbərlər
Xəbər verdiiymiz kimi Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda qeyd olunub ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:
- ünvanlı dövlət sosial yardımı alanlar;
- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
- I və II dərəcə əlilliyi olan şəxslər;
- işsiz kimi qeydiyyatda olanlar;
- yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar.
Bəs tələbələrə pul hansı qaydada və əsaslarla ödəniləcək?
Oxu24.com xəbər verir ki, Təhsil nazirinin müavini İdris İsayev bütün suallara cavab verib.
Nazir müavininin sözlərinə görə, bu imtiyazdan yararlanmaq üçün tələbələr iyulun 5-nə kimi təhsil aldıqları universitetə müraciət etməlidirş Tələbələrin müraciətindən sonra sənədlər bazaya daxil ediləcək və ödənişlər olacaq.
Növbəti semester üçün isə ekabr ayının 1-nə kimi tələbələr müraciət edə bilər.
Nazir müavini bildirib ki, bu imtiyazdan 22 min tələbə istifadə edəcək.
Daha ətraflı videonu təqdim edirik:

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.