Parkomat var, amma pul nağd şəkildə alınır
2 062 baxış
Sosial xəbərlər
Gözətçi otağında oturan şəxs ərazidən çıxan hər avtomobilin sürücüsündən nağd olaraq 1 manat pul alır. Baxmayaraq ki, elə həmin yerdə parkomat quraşdırılıb. Üstəlik, şlaqbaunların üzərinə xəbərdarlıq yazısı da yazılıb.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, gözətçi otağında oturan şəxs Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşıdır. Həmin şəxs ərazidə çəkiliş aparılmasından xəbərdar olsa da, buna məhəl qoymadan pul yığmağa davam edirdi.
Yaxınlaşıb müsahibə almaq istəyəndə isə özünəməxsus şəkildə cavab verib pəncərəni qapatmaq istədi.
Məsələ ilə bağlı Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən olmadı.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.