Oruc tutanlar necə qidalanmalıdır?

  • 02.04.2022
  • 0

Oruc tutan şəxslərin keyfiyyətli və balanslı qidalanması vacibdir.

Qida Təhlükəsizliyi İnsititunun mütəxəsisi Nuray Qafarlı belə deyir. Mütəxəssis bildirir ki,bu il Ramazan ayının yaz fəslinə təadüf etməsi xüsusilə suya təlabatı artıracaq. Ona görə də iftar və imsak zamanı tərkibində su olan qidaların qəbulu tövsiyyə edilir.

Nuray Qafarlı deyir ki, acılı, eləcə də müxtəlif ədviyyatlı qidaların da qəbulu ramazan ayında məsləhət görülmür. Meyvə və tərəvəzlərdən istifadəyə isə üstünlük verilməlidir. Həzm prossesini asanlaşdırmaq üçün iftar zamanı qatıqdan istifadə edilə bilər.Şirniyyatlardan istifadədə isə diqqətli olmaq lazımdır.

Mütəxəssislər deyir ki, düzgün qidalanmadıqda, oruc tutan şəxslərdə gün ərzində baş ağrısı, əsəbilik, xroniki yorğunluq kimi hallar baş verə bilər.(xəzərxəbər)

Nə düşünürsən?