Normadan artıq yük aparanlar cərimələndi
47 baxış
Sosial xəbərlər
Sumqayıtda normadan artıq yük aparan avtomobillərə qarşı tədbirlər gücləndirilib. Bu məqsədlə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları reydlərə başlayıblar. Şəhərin əsas girişində keçirilən yoxlamalar zamanı maşına normadan artıq yük vuran və sənədləri qaydasında olmayan 15-ə yaxın sürücü inzibati məsuliyyətə cəlb edilib. Qaydaları pozan yük avtomobillərinin bəziləri isə müvəqqəti duracağa yerləşdirilib. Reyd zamanı polisin qanuni tələblərinə riayət etməyən sürücülərə də rast gəlinib.Belə yoxamaların bundan sonra da davam etdiriləcəyi nəzərdə tutulur.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.