Türkiyə vətəndaşı Cabbar Şıktaş Naxçıvandan Bakıya gələrkən qarşılaşdıqları özbaşlanlıqla bağlı sosial şəbəkədə paylaşım edib.
“Biz türkiyəli sərnişinlər olduğumuza görə etiraz etmədik, amma naxçıvanlı sərnişinlər etiraz etdilər. Etirazları görən AZAL-ın pilotu sərnişinlərlə “uçmuram, düşün evinizə gedin” dedi və saatlarla gözləmək məcburiyyətində qaldıq. Yaşlılar, körpələr də daxil olmaqla sərnişinlər saatlarla gözləmək məcburiyyətində qaldılar. Səlahiyyətli şəxs yox, vətəndaşa açıqlama verəcək şəxs yox, uşaq, qadın, yaşlı - hər kəs səfil şəkildə ortalıqda qaldı. Təyyarə bileti istəyənlərə “bilet yoxdur” deyib, satışı çətinləşdirib sonra da 3-5 manat “şirinlik” üçün bu qədər insana belə bir əziyyət rəva görülürmü?”