Bu gün səhər saatlarında FƏTO istintaqı çərçivəsində İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həbs olunan Palmali Şirkətlər Qrupunun təsisçisi, əsslən azərbaycanlı olan iş adamı Mübariz Mənsimovun bu dəqiqələrdə azadlığa buraxıldığı bildirilir. Bu barədə xəbəri "Teleqraf informasiya agentliyinə" Türkiyədə yaşayan soydaşlarımız verib. Onların sözlərinə görə, İstanbul Maliyyə Cinayətlərinə Qarşı Şöbə Müdirliyi tərəfindən həbs olunan Mübariz Mənsimov hazırda sərbəst buraxılıb.