Azərbaycan prezidenti İlham Əliyev bu gün hökumətin tərkibində dəyişikliklər edib. APA TV-nin məlumatına görə, prezident vergilər naziri Fazil Məmmədovun və təhsil naziri Mikayıl Cabbarovun tutduğu vəzifələrdən azad olunması haqqında sərəncamlar imzalayıb. Prezidentin digər sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri təyin edilib.