AZ
Video yüklə

Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən şənlikdə iştirak edib

108 baxış Sosial xəbərlər
Dekabrın 22-də Zirə Mədəniyyət Mərkəzində xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum, qaçqın və məcburi köçkün ailələrindən olan və sağlamlıq imkanları məhdud uşaqlar üçün Yeni il şənliyi keçirilib.
IDEA İctimai Birliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.
Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarının da qatıldıqları tədbirdə uşaqlar şənlənib, rəqs ediblər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.