Bugünlərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla bağlı yayılan daha bir biabırçılıq ölkə gündəmini zəbt etməkdədir. Yəni, adı çəkilən bu rayondan olan yeniyetmə- şəhid Şahin Tahirlinin yas mərasimində icra başçısının iştirak etməməsi, belə desək rayon rəhbərinin şəhid adına və ruhuna hörmətsizlik etməsi, birbaşa Rövşən Bağırovun hansı əqidəyə sahib olduğunu ortaya qoyur. Düşünürük ki, icra başçısının bu cür yanaşmasını, məhz yaşanan olay haqda məlumatlı olan şəxsin dilindən eşitmək daha məqsədəuyğun hal olar.