Küçədə gənclərdən qeyri-adekvat hərəkət - Qaz sayğacını sındırdı

  • 07.08.2024
  • 0

Patrul.az-a müraciət edən izləyicimiz bildirir ki, 05.08.2024-cü il saat 19:03 radələrində, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi ünvanına aid qaz sayğacına səbəbsiz yerə, qəsdən zərər verən şəxslər qonşunun təhlükəsizlik kameralarında aydın şəkildə görüntülənib. Gənclər o küçədən keçərkən onlardan biri qaz sayğacına yumruqla zərbə vurub və nəticədə qaz sayğacının üst qutusu sınıb,sayğacda da nasazlıq yaranıb.

Təbii ki, hüquqi müstəvidə zərər çəkmiş şəxsin şikayəti əsasında lazımı tədbirlərin görüləcəyi hər birimizə məlumdur. Lakin,gənclərimizin bu kimi məntiqə uyğun açıqlaması olmayan əməli törədərkən tam olaraq məqsədləri nə imiş??? Maraqlıdır. Görünür uşaqlığını ya doya-doya yaşaya bilməyib ki, hələ də içindəki uşaq ruhunu idarə edə bilmir, ya da tam əksi, nazı çəkilərək böyüyüb ki, istədiyi yerdə, istədiyi əməli törədə  biləcəyini, hətda dövlətə aid qurğulara belə güc göstərişi edə biləcəyini düşünüb....

Nə düşünürsən?