Sosial şəbəkədə "20 gündür balalarım acdır" deyən qadının videosu böyük səs-küyə səbəb olub.Yenilik.az xəbər verir ki, günəmuzd işləyən Aygün adlı xanım 2 uşağı ilə yaşadığını və atasının fiziki qüsurlu olduğunu söyləyib.
Sosial şəbəkələrdə yayılan videoya ilk reaksiyanı tanınmış fitnes ustası Kamil Zeynallı verib. Kamil köməyə ehtiyacı olan qadının Sumqayıt şəhərindəki evinə əli dolu yollanıb. Aygün adlı xanım isə Kamilə və ona dəstək olan hər kəsə təşəkkür edib.