Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində tənqidi çıxışı ilə diqqət çəkib.
TEMPİNFO xəbər verir ki, jurnalist televiziya kanallarından birində efirə gedən moda yarışması ilə bağlı verilişi fikirlərini bildirib.
“Bizim abırsızlıq dediyimiz şeylər artıq “iddialı”, əxlaqsızlıq dediyimiz şeylər “cəsarət” kimi qeyd olunur. Hətta o mağazadan qovulan qadın daha abırlı geyinmişdi. Əmin ola bilərsiniz. Amma bunu televiziya verilişindən qovan yoxdur. Ona deyən yoxdur ki, bu nə geyimdir? Sən hansı ağılla buraya gəlmisən?”, – deyə S.Telmanqızı sorğulayıb.