Bir müddət əvvəl vizajist Anar Ağakişiyev tərəfindən dəyişdirilən Nərmin Cəfərova BBC-yə müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, Nərmin deyib ki, o artıq ilkin konsultasiya üçün Moskvada olub. Həkimlər ona qaş, burun, dodaq nahiyələrində əməliyyat aparılacağını deyiblər: “Həmin an çox həyəcanlı idim. Nə ilə qarşılaşacağımı bilmirdim. Sonra güzgüyə baxanda başqa bir sima gördüm. 11 yaşımda üzü yanıb. Makiyaj olunanda mənə dedilər ki, cəmi bir gün üzündə qala bilər. Evə getdim, səhər durub yudum. İstəmirdim ki, bu qədər qalsın. Öyrəşməmişdim, makiyajlı gəzəndə narahat oldum”.