Ərdoğan 16 yaşlı çoban evinə qaytardı
30 baxış
Sosial xəbərlər
Sərhədi pozaraq Ermənistanda həbs olunan və Türkiyə prezidenti Ərdoğanın danışıqları nəticəsində azad olunan 16 yaşlı Ümid Əli Özmen Türgözü sərhəd-keçid məntəqəsindən Türkiyəyə daxil olub.
Sfera.az xəbər verir ki, Kiçikdurduran kəndində yaşayan Altınay-Mustafa Özmen valideynlərinin oğlu Ümid Əli Özmen 24 iyulda yaylaqda otaran heyvanlarının ardınca getmişdi. Sərhəddəki Şiş təpəsinə çatan Özmen marağına qapılıb yamaca enib.
Bir kəndlinin xəbər verməsi ilə Ermənistan əsgərləri sərhədi pozan Ümid Əli Özmeni saxlayıb. Atası Mustafa Özmenin 5 saatlıq səyi nəticəsində Cebeci sərhəd-keçid məntəqəsinin kamera qeydləri yoxlanılıb və Ümid Əli Özmenin Ermənistana aparıldığı məlum olub. O, həbs olunaraq həbsxanaya yerləşdirilib.
Sərhədi pozması üzündən iki aydır Ermənistanda həbsdə olan Ümid Əli Özmen haqda xəbərləri eşidən prezident Ərdoğan ermənistanlı həmkarı baş nazir Nikol Paşinyana zəng edərək Ümid Əlinin deportasiyasını istəyib. Paşinyan da Ərdoğanın tələbinə müsbət cavab verib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.