Space televiziyasında yayımlanan “Gəl danış” ictimai-sosial verilişdə qalmaqallı anlar yaşanıb.
Azmedia.Az xəbər verir ki, proqramın növbəti buraxılışında daha bir ailənin həyat dramı nümayiş olunub.
Ər xanımının ünvanına ağır ittihamlar səsləndirib. Qarşı tərəf isə onun sözlərinə gülüb. Bunu görən ər əsəblərinə hakim kəsilə bilməyib və arvadına kamera qarşısına hücüm edib.
Həmin görüntülər sosial şəbəkələrə yayıldıqdan sonra müzakirə predmetinə çevrilib. İzləyicilər cütlüyün arasında yaşanan münaqişəni ekran önündə deyil, evdə həll etmələrinin doğru olduğunu vurğulayıblar. (sfera.az)