Elinanın atası haqqında şok iddia yayıldı

  • 26.04.2019
  • 0

Sosial şəbəkələrdə Elina Hacıyevanın atasının qızının ölümünə səbəb olan həkimlərdən şikayəti geri götürmək üçün 90.000 manat təzminat istəməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, həkimlər həmin məbləği ödəsələr, heç kimdən şikayət olmayacaq.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Open.az-a açıqlama verən ata Ədalət Hacıyev bildirib ki, yayılan informasiya yalandır: "Belə bir şeydən söhbət belə gedə bilməz".

REKLAM

www.facebook.com

Daha ətraflı

Vəkil Sevinc Əliyeva da saytımıza açıqlama verərək məlumatı yalanlayıb: "Biz hər gün ailə ilə görüşürük. Belə şey ola bilməz. Bizdən də xahiş olunub ki, Elinanın başına gələnlərdə vəzifəsindən asılı olmayaraq kimin günahı varsa, qanun çərçivəsində cəzasını almasına yardım göstərək. Hazırda Bakı Şəhər Prokurorluğunda ibtidai istintaq gedir. İş hələ məhkəməyə çatmayıb. Mübarizəmizin nəticəsini gözləyirik".

Xatırladaq ki, aprelin 4-ü 162 nömrəli məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

Nə düşünürsən?