AZ
Video yüklə
Bu ərazilərdə qaz olmayacaq

Bu video hazırda oynadıla bilmir.

Bu ərazilərdə qaz olmayacaq

514 baxış Sosial xəbərlər
Pirallahı rayonununda qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni qurğular ilə əvəzlənməsi, Nəsimi rayonunda qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə aprelin 22-si saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bax tv xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Məlumata əsasən, qaz təchizatı dayandırılan müddətdə Pirallahı rayonu üzrə Süleyman Bağırov və Fioletov küçələrinin, Nəsimi rayonu üzrə isə Ə.Qasımzadə, M.Topçubaşov, C.Məmmədquluzadə, H.Ələsgərov, N.Vəzirov, N.Yusifbəyli, Novruzov qardaşları, M.Sənani, Bakıxanov küçələrinin və Vaqif prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.