"Anda Barut Collection" və "Bayou Villas", "Michelin" ulduzlu restoranların dünyaşöhrətli dörd şef-aşpazının iştirakı ilə yay qastronomiya seriyasını təqdim edir. "Bayou Michelin Culinary Masters" tədbirlər seriyası şirkətin inkişafındakı yeni mərhələni və qlobal səviyyəli premium qonaqpərvərlik vizyonunu əks etdirir. Layihə qonaqlara müasir qastronomiyanın aparıcı şeflərindən özəl ustad dərsləri və müəllif şam yeməkləri ilə zəngin, unudulmaz təəssüratlar vəd edir.
Qastronomiya seriyasının təqvimi:
16–17 iyun — Ebbe Volmer 14–15 iyul — Qrequar Berje 10–11 sentyabr — Brüno Menar 22–23 sentyabr — Cordco Diana
Hər bir şef-aşpaz müəllif kulinariya ustad dərsi və eksklüziv qastronomiya şam yeməyi keçirəcək. Bu isə qonaqlara unikal mətbəx fəlsəfəsi, innovativ texnikalar və qastronomiya hekayəçiliyi (storytelling) sənəti ilə yaxından tanış olmaq imkanı yaradacaq.
Ebbe Volmer — Nordik (Skanidnaviya) mətbəxinin səsi
İsveçli şef-aşpaz Ebbe Volmer müasir şimal qastronomiyasının ən aparıcı nümayəndələrindən biridir. O, qardaşı Mats Volmer ilə birlikdə "Vollmers" restoranını Malmö şəhərinin iki "Michelin" ulduzuna layiq görülən ilk məkanı halına gətirib.
Dürüstlük, lokallıq və sadəlik fəlsəfəsi ilə tanınan Volmer, skandinaviya mətbəxini müasir texnikalar vasitəsilə yenidən şərh edir, davamlı inkişafa və mövsümi məhsullara xüsusi önəm verir. Bu yanaşmanın formalaşmasında onun Qordon Ramzi (Gordon Ramsay) və Marko Pyer Uaytın (Marco Pierre White) rəhbərliyi altında qazandığı və daha sonra öz layihəsində təkmilləşdirdiyi təcrübə böyük rol oynayıb.
Qrequar Berje — müasir qastronomiyanın novatoru
Dubaydakı "Ossiano" restoranındakı fəaliyyəti ilə dünyaşöhrəti qazanan Qrequar Berje dövrümüzün ən yenilikçi şef-aşpazlarından biri hesab olunur. Onun "Michelin" ulduzu və "Gault&Millau" papaqları ilə təltif olunmuş mətbəxi fransız kulinariya məharətini, emosional hekayəçiliyi, immersiv təqdimatı və dəniz məhsulları ilə işləmək bacarığını özündə birləşdirir.
"The Best Chef Awards" tərəfindən dünyanın ən yaxşı şef-aşpazları sırasına daxil edilən Berje, hər bir təamın emosiyaların, xatirələrin və sənətin əksinə çevrildiyi multimodal qastronomiya səyahətləri yaradır. Dramatik vizual estetika və avanqard texnikalar onu müasir qastronomiyanın əsas simalarından birinə çevirib.
Brüno Menar — neoklassik fransız mətbəxinin ustadı
Brüno Menar, Tokiodakı "L’Osier" restoranının onun rəhbərliyi altında üç "Michelin" ulduzuna layiq görülməsindən sonra dünya miqyasında tanınmağa başlayıb. "Neoklassik" mətbəx fəlsəfəsi ilə məşhur olan Menar, ənənəvi fransız texnikalarını müasir yanaşma və yapon dəqiqliyi ilə virtual şəkildə sintez edir.
"Michelin" nailiyyətlərindən başqa, Menar həm də qastronomiya məsləhətçisi, pedaqoq və "MasterChef Asia" şousunun keçmiş münsifi kimi qlobal səviyyədə nüfuz qazanıb. Onun texniki ustalığı və liderlik keyfiyyətləri onu dünyada fransız qastronomiyasının ən hörmətli nümayəndələrindən biri edib.
Cordco Diana — Aralıq dənizi yaradıcılığı və müasir innovasiyalar
İtalyan şef-aşpaz Cordco Diana qastronomiyanı tam bir hissi təcrübəyə çevirməklə tanınır. Aralıq dənizi ənənələrini molekulyar qastronomiya və bədii təqdimatla birləşdirən Diana, vizual olaraq heyranedici və emosional baxımdan zəngin kulinariya konsepsiyaları yaradır.
Gənc yaşlarından "Michelin" ulduzlu restoranlarda təcrübə qazanan Diana, davamlılığa yönəlmiş "Dinner Incredible" təşəbbüsü də daxil olmaqla, innovativ qlobal layihələri sayəsində beynəlxalq nüfuz qazanıb. Onun fəlsəfəsi multikultural əməkdaşlıq, yerli məhsullardan istifadə və italyan mətbəxinin müasir üslubda yenidən işlənməsi üzərində qurulub.
"Anda Barut Collection" oteli haqqında
2024-cü ilin may ayında açılan otel, Türkiyənin Didim kurort bölgəsində, Delice yarımadasında, Milas-Bodrum hava limanından bir saatlıq məsafədə yerləşir. Yüksək sinif və keyfiyyət "Barut Hotels" ailəsinin bu yeni üzvünün fərqləndirici xüsusiyyətidir. Ekologiyaya və təbii materiallara üstünlük verən müasir dizayn Egey dənizi sahillərinin təbii gözəlliyi ilə harmonik şəkildə birləşir. Sahəsi 54 kv.m-dən başlayan, ağac və daş elementlərlə bəzədilmiş otaqlar "sakit lüks" (quiet luxury) konsepsiyasını təcəssüm etdirir. Demək olar ki, bütün otaqlardan dəniz mənzərəsi açılır.
Qonaqlar ailəvi, yetkinlər və ya qarışıq zonada dincəlmək imkanına malikdirlər — bu zonaların hər biri öz otaqları, çimərlikləri, hovuzları, restoranları və premium səviyyəli əyləncə infrastrukturu ilə fərqli bir mikrodünyadır. Qonaqların ixtiyarında şəxsi hovuzları və eksklüziv xidməti olan 14 lüks "Bayou" villası var. Otel "Ultra All Inclusive" (Hər şey daxil) sistemi ilə fəaliyyət göstərir ki, bu da əlavə xərc çəkmədən yüksək səviyyəli restoran xidmətindən həzz almağa imkan verir. Qonaqların xidmətində "à la carte" restoranlar və barlar da daxil olmaqla 15 qastronomiya məkanı mövcuddur.

































