Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

  • 14.04.2025
  • 0

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma və təmir işlərinin aparılması ilə əlaqədar aprelin 15-də bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq. 

Bax tv xəbər verir ki, bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Sulutəpə və Çiçək qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Nə düşünürsən?