Bu gün aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun doğum günüdür. Yaşasaydı 26 yaşı olacaqdı. Əbdülməcid Axundov 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2010-cü ildə Sumqayıt şəhərində yerləşən 16 saylı orta ümumtəhsil məktəbini bitirib. O, məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetində ali təhsil alıb.Ali təhsilini başa vurandan sonra Əbdülməcid 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Əbdülməcid Axundov 2016-cı ilin aprelində baş vermiş toqquşmalarda şəhid olub. 9 aprel tarixində Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunub.
Ə.Axundov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilmiş,adına mükafat təsis olunub.Şəhidin haqqında film çəkilib.
<a href="http://www.femida.az"><font color=blue><b>Femida.az</b></font></a> xəbər verir ki, Şəhidin anası Ceyran Axundova bu günlə bağlı sosial şəbəkələrdə ürəkdağlayan paylaşım edib.
Sənsiz keçən doğum günündü bu gün...cansız şəklinə deyirəm: "Ad günün mübarək, Məcid"...əbədi 23 yaşlı balam ..yaşasaydın 26 yaşını qeyd edəcəkdik...sənsiz bu günü qeyd etmək mənimçün çox ağırdı...nur üzlü Şəhid balam..