AZ
Video yüklə

Bəşər Əsəd çiyinlərdə "gəzdi"

161 baxış Sosial xəbərlər
Suriya prezidenti Bəşər Əsəd Suveydə əyalətində Suriya ordusunun əməliyyatının gedişatında azad edilən sakinlərlə görüşüb.
Publika.az xəbər verir ki, əyalət 3 aydan çoxdur İŞİD terror təşkilatının nəzarətində idi.
“Bu, azad edilmiş girovların son qrupudur, ancaq heç kim Suriyanın başqa rayonlarında oğurlanmış və itkin düşmüş insanları unutmayacaq. Dövlət və onun bütün institutları bu insanların problemlərini prioritet görür və onları bütün mümkün üsullarla azad etmək niyyətindədir”, - Əsəd deyib.
Sakinlər prezidentə təşəkkür ediblər və minnətdarlıq əlaməti olaraq çiyinlərinin üzərinə qaldırıblar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.