Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Bərdə şəhər 8 saylı tam orta məktəbində “Narkamaniyaya yox deyək” ,Yol hərəkətinin təhlukəsizliyinin qənimi ,Erkən nigahın fəsadları mövzusunda maarifləndirmə tədbiri kecirilib .
Bərdə rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev, rayon Təhsil şöbəsinin müdürü Rzaqulu Şərifov, Regional Tibb xidmətinin rəisi həkim Polis Palkovniki Leytinantı Həbib Məmmədov,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Publisistika bölməsinin rəisi Hafiz Temirov Bərdə rayon Poliklinikasının Narkoloji kabinetinin həkim narkoloqu Gündüz Xudaverdiyev, Bərdə rayon polis veteranlar şurasının sədri Dilən Həsənov eləcə də, məktəblilər, müəllimlər,KİV nümayəndələri və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qənbər Ağayev bildirib ki, son illərdə dünyada narkotiklərə nəzarət, narkomaniya ilə mübarizə istiqamətində bir sıra ciddi tədbirlər görülür. Ümumbəşəri bir problemə çevrilən narkomaniyanın fəsadlarından söz açaraq. Qeyd edib ki, narkomaniyaya qurşananlar təhsilə, işə, ailəyə, dostlarına maraqlarını itirir və özlərini cəmiyyətdən təcrid edirlər. Beləliklə də insan həyatı zəhərlənir.
Onuda qeyd edib ki ilk öncə ailə tərbiyə ocağıdır. Ona görə də ailədə və ailədaxili münasibətlərdə sağlam psixopedaqoji mühitin olması çox zəruridir.“Ağ ölüm”lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, və ictimaiyyətin rolu böyükdür.Bu baxımdan belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb etdiyini vurgulayıb. Daha sonra Bərdə rayon polis idarəsinin rəisi Muradəli Babayev bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir: “Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir”. M.Babayev vurğulayıb ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir: “Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir.
Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Polis rəisi onu da vurğulayıb ki, orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk. Və bu il Bərdə rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub.
Regional Tibb xidmətinin rəisi. həkim polis palkovnik leytinatı Həbib Məmmədov zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. “Narkomaniya yox deyək!” mövzusunda geniş təqdimatla çıxış edərək, iştirakçıları zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar yaratdıgını bildirib . Onun sözlərinə görə Narkotik insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə “azalır”, fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ “cangüdən” rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa yoluxucu xəstəliklərə uğratdıqlarına sağlamlığı üçün ciddi təhlükə yaratdıgı barədə məlumatlandırıb.
Sonda Daxili işlər nazirliyinin Mətbuat Xidmətinin Publisistika Bölməsinin rəisi Hafiz Temirov və başqaları çıxış edərək qeyd etdiblər ki narkamaniyaya qarşı cəmiyyətin bütün üzvləri mubarizə aparmalı yeni yetmə və gənclər arasında marifləndirmə tədbirləri mutəmadi xarakter almalıdır.
Tədbirdə həmçinin şagirdlərin maraqlandıran sualarda cavablandırılıb.