Bakıda daha bir “qoçu” sürücü peyda oldu

  • 14.12.2017
  • 0

Paytaxtda qayda pozaraq özünü haqlı çıxaran sürücünün görüntüləri avtosfer.az-ın kamerasına düşüb. Oxu.Az-ın məlumatına görə, hərəkətdə olan 10-HK-079 qeydiyyat nişanlı "VAZ-2170" markalı avtomobilin sürücüsü 1.11 - düz xəttin tələbini pozaraq digər zolaqda hərəkət edən sürücünün hərəkət sürətini dəyişməyə məcbur edib. Bu azmış kimi sürücü özünü haqlı bilərək mane olduğu avtomobili dayandırıb irad bildirmək istəyib. Digər sürücü buna əhəmiyyət verməyərək yoluna davam etmək istəyən zaman “Priora” sürücüsü yenidən mane olduğu sürücüyə yaxınlaşıb dayanma işarəsi verərək onun qarşısına keçib. Sürücü ikinci dəfə dayanan zaman sərnişin daşıyan avtobusa da mane olaraq onun hərəkət sürətini dəyişməyə məruz qoyub. Təkcə bu videoda sürücü iki dəfər manevr qaydasını, bir dəfə isə düz xəttin tələbin pozmaqla 140 manatlıq qayda pozub.