"Azərişığ"ın əhaliyə verdiyi gərginlik

  • 07.08.2024
  • 0

Xəzər rayonu Binə qəsəbə sakinlərinin "Azərişıq" ASC-dən şikayətləri barədə məlumat vermişdik. Belə ki, qəsəbə sakinləri son bir ay ərzində elektrik təchizatının günaşırı kəsildiyi, sayğaclarla bağlı yaranmış problem barədə saytımıza müraciət etmişdilər.

Qəsəbə sakinlərinin Ucnoqta.az-a verdiyi məlumata görə, şikayət mətbuatda dərc olunduqdan sonra qəsəbə sakinlərinin elektriklə bağlı problemləri daha da artıb, ASC vətəndaşlardan "qisas" alır. Belə ki, son bir həftə ərzində elektrik təchizatı hər gün gündüz və axşam saatlarla kəsilir, elektrik gərginliyi minimum həddə olur. Bu isə elektriklə işləyən avadanlıqların sıradan çıxması ilə nəticələnir. Vətəndaşlar bildirirlər ki, "Azərişıq" ASC-nin 199 qaynar xəttinə isə düşmək mümkün olmur, saatlarla telefona cavab verilmir. Qaynar xəttin saatlarla məşğul olması edilən şikayətlərin çox olmasının göstərir. Həmçinin qurumun sosial şəbəkə hesabında da müxtəlif yaşayış massivlərində elektrik təchizatı ilə bağlı şikayətlər mövcuddur.

Binə qəsəbəsində elektrik təchizatının davamlı olaraq kəsilməsi ilə bağlı kiçik araşdırma apardıq. Sayğaclara verilən gərginliyin 170-180 v olduğu məlum oldu (video aşağıda).

Əldə etdiyimiz məlumata görə, son günlər havaların istiləşməsi elektrik avadanlıqlarına təsir edir. Belə ki, havaların isti keçməsi vətəndaşların kondisionerlərdən istifadəsinin artmasına səbəb olub. Bu isə elektrik xətlərində və transformatorlarda əlavə yüklənməyə və qısaqapanmalara gətirib çıxarır. 

Qeyd edək ki, paytaxtda havalar elə də isti keçmir. Son günlər maksimal temperatur 35-36 dərəcə olub. Buradan belə bir haqlı sual yaranır. "Azərişıq" ASC xətləri yeniləyərkən bu temperatura davamsız kabellərdən istifadə edib? Bəs temperatur 40 dərəcəyə qalxsa necə olacaq?

Bildirilir ki, kabellərin və transformatorların sıradan çıxmasının səbəbi əlavə yüklənmələrdir. Nəzərə alsaq ki, elektrik xətlərinə vətəndaşlar tərəfindən qeyri-qanuni qoşulma mümkün deyil. Vətəndaşlar yalnız "Azərişıq" ASC tərəfindən elektrik xəttinə qoşulur və sayğacla təmin olunur. Onda xətlərin yüklənməsinə səbəb olan əlavə qoşulmaya da qurum özü şərait yaradır. Burada isə daha az xərclə daha çox gəlir əldə etmək məqsədi dayanır. Nəticədə vətəndaşlar saatlarla işıqsız qalmalı olur. 

Son günlərin havaların istiabonentlərin şikayətləri getdikcə artır. Digər kommunal qurumlar hansısa təmir işləri apardıqda abonentlərə bununla bağlı SMS bildiriş göndərir, rəsmi səhifəsində və ya sosial şəbəkə üzərindən məlumat paylaşır. "Azərişıq" ASC isə abonentlərə qarşı etinasız münasibət göstərərk hansısa profilaktik işlərin görülməsi və ya cari təmirlə bağlı heç bir xəbərdarlıq yaymır. Hətta xəbər verdiyimiz kimi, ASC vətəndaşların elektrik sayğaclarını dəyişdirilməsini gizli şəkildə edərək, köhnə sayğacın dəyişdirilərək yeni smart sayğac quraşdırılması barədə müqavilə belə bağlamağa lüzum görmədi.

Ucnoqta.az xəbər verir ki, "Azərişıq" ASC-nin vətəndaşlara qarşı növbəti etinasızlığı barədə məlumat daxil olub. Bildiyimiz kimi son illər Azərbaycanda rəqəmsallaşma sürətlə genişlənir, onlayn tədris, təhsillə bağlı onlayn müsahibələr keçirilir. Təəssüf ki, "Azərişıq" ASC-nin xəbərdarlıqsız apardığı "cari təmir" işləri işıqların günaşırı kəsilməsi ilə nəticələnir. Bu isə vətəndaşların müvafiq onlayn xidmətlərdən yararlanmağına əngəl yaradır, haqlı narazılığa səbəb olur.

Onu da qeyd edək ki, 2022-ci ildə ASC-nin gəlirləri 4 dəfədən çox artsa da 2023-cü ildə kəskin azalıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Nə düşünürsən?