Göy-göl rayonu ərazisində Dozlar kəndində çəkilən görüntülər yeni tarixi faktları ortaya çıxardıb.
AZXEBER.COM-a göndərilən görüntülərdə kənd ərazisində yerləşən dağlıq bölgədə 1918-ci ildə Nuru paşanın rəhbərliyi altında Bakını işğaldan azad etmək üçün gələn Qafqaz İslam Ordusunun əsgərlərinin ermənilər tərəfindən zəhərlərək öldürüldüyü iddia olunub.
Yaşlı kənd sakinin iddialarına görə, baxımsızlıqdan çökən qəbirlərdə Türk əsgərləri dəfn edilib: "Əsgərlər həmin tarixdə susuzluqdan əziyyət çəkdikləri üçün yaxınlıqdakı ərazidəki çaydan su içiblər. Daşnaklar isə bunu bildikdən sonra çaya zəhər buraxıblar və sudan içən əsgərlər buradaca da şəhid olublar. Şəhid əsgərlərin cəsədləri burada dəfn edilib və sağ qalanlar yollarına davam ediblər”.
AZXEBER.COM həmin kadrları təqdim edirik: