Respublika ərazisində sürüşmə və uçqun sahələrində aktivlik müşahidə olunur. Ötən ay ərzində Şamaxıda da yağıntıların təsiri nəticəsində sürüşmənin parametirlərində ciddi artım qeydə alınıb. Bəzi ərazilərdə yeni sürüşmə sahələri yaranıb. Şamaxının Keçməddin kəndinə giriş yolunun 35-40 metr hissəsi tamamilə sıradan çıxıb və ərazidə bir neçə yerdə yeni uçqun sahələri yaranıb.