AZ
Video yüklə

Azərbaycanda baş həkimi bu görüntülərə görə işdən qovdular

870 baxış Sosial xəbərlər
İrandan gələn Azərbaycan vətəndaşları Astara xəstəxanasında 6 saat gözlədilib.



Oxu24.com xəbər verir ki, bu barədə vətəndaşlardan biri sosial şəbəkədə məlumat və video paylaşıb.



Həmin şəxs bildirilir ki, gözləmə müddətində onlara su belə verilməyib. Qeyd olunur ki, xəstəxanada koronavirusla bağlı hər hansı qabaqlayıcı tədbirlər görülməyib. Orada təmizliyə riayət edilmir, hətta çarpayılar istifadə olunası vəziyyətdə deyil.



Tibb işçisi vətəndaşlara palatalarda gözləməyi təklif edib. Həmin şəxslərin Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılacağını bildiriblər.



TƏBİB məlumatdan xəbərdar olduqlarını və bu barədə açıqlama yayacaqlarını bəyan ediblər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.