“Amrahbank”da gərginlik: Binaya hərbçilər girdi
1 066 baxış
Sosial xəbərlər
Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-də qəbul etdiyi qərarla “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 2007-ci il iyulun 30-da 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atabank” ASC və həmin il iyulun 30-da 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Amrahbank” ASC bu il mayın 1-dən “Əmanətlərin sığortalanması haqqında” qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.
Bu barədə Oxu24.com-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
“Amrahbank” ASC-nin əməkdaşları bankın bağlanmasına görə etiraz edib. Onlar bildiriblər ki, bankın bağlnamasını bir nəfər şəxs göstəriş verib.
Bankın yerləşdiyi binada etiraz edən əməkdaşlar Dövlət başçısından kömək istəyib.
“Amrahbank” ASC-nin hüquqşünası Mehdi Mehdiyev bildirib ki, bankın bağlanması qərarı 1 saatın içərisində bağlanıb. Bu qərar onlar üçün də gözlənilməz olub. Hüquqşünas bildirib ki, bankın bağlanması qərarını adını çəkmək istəmədiyi şəxslər verib.
Bankım əməkdaşları bildirib ki,bu vaxta qədər bank əməkdaşlarının əmək haqqları vaxtında verilib. Heç bir gecikmə və problem yaşanmayıb.
Bankın binasında gərgin anlar yaşanıb. Daha sonra bankın yerləşdiyi binaya hərbçilər və polis əməkdaşları gəlib.
Oxu24.com ətraflı reportajı təqdim edir:

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.