Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində şagirdlərin intim əlaqədə olmasını əks etdirən video görüntü ilə bağlı rəsmi qurumlar açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, Təhsil Nazirliyindən Baku.ws-ə verilən açıqlamada bildirilib ki, Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı təhsilalanların yaş həddi nəzəra alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirili: “Müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur". Eyni zamanda məsələ ilə bağlı hüquq-mühafizə orqanları da hərəkətə keçib. "Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R. C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olmuş və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Baş vermis hadisə ilə bağlı aidiyyatlı orqanlara şikayət daxil olmuş və Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl rayon məhkəməsinin qərarı ilə R.C barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.